Göyçayda evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda evdə yanğın olub

Qafar Ağayev09:03 - 26 / 11 / 2021
Göyçayda evdə yanğın olub

Göyçay rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, rayonun Qarayazı kəndində ümumi sahəsi 136 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər