Milli Məclisin deputatı ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün İsveçə səfər edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin deputatı ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün İsveçə səfər edəcək

Qafar Ağayev14:31 - 29 / 11 / 2021
Milli Məclisin deputatı ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün İsveçə səfər edəcək

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və büro üzvü Azay Quliyev noyabrın 30-dan dekabrın 3-nə kimi İsveçin paytaxtı Stokholm şəhərində səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, səfər çərçivəsində Azay Quliyev ATƏT PA-nın Büro iclasında və digər tədbirlərdə iştirak edəcək. ATƏT PA-nın prezidenti Margareta Sedelfert, ATƏT-in fəaliyyətdə olan sədri və İsveçin xarici işlər naziri Ann Linde mandatları çərçivəsində gördükləri işlər və ATƏT məkanında mövcud çağırışlar haqqında büro üzvlərinə məlumat verəcəklər. Azay Quliyev hazırkı beynəlxalq siyasi məsələlər, ATƏT PA-nın 2022-ci ildəki fəaliyyəti və prioritet istiqamətləri ilə bağlı keçirilən müzakirələrdə iştirak edəcək və hər iki məsələ ətrafında Azərbaycanın mövqeyi, xüsusilə postmünaqişə dövrü ilə bağlı görülən işlər və mövcud vəziyyət barədə çıxış edəcək. Deputatımız, həmçinin İsveç parlamentində “Helsinki+50 fəaliyyətə çağırış” mövzusunda təşkil olunacaq dinləmələrdə iştirak edəcək və mövzu ilə bağlı fikirlərini bildirəcək.

Daha sonra Azay Quliyev və digər büro üzvləri Stokholmda keçirilən ATƏT-in Nazirlər Şurasının iclasında müşahidəçi qismində iştirak edəcəklər.

Paylaş:
322

Son xəbərlər

“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTOBu gün, 15:56BŞTİ 329 nömrəli məktəbdə şagirdin bıçaqlanması ilə bağlı məlumat yaydıBu gün, 15:38Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşırBu gün, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıbBu gün, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYEBu gün, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülübBu gün, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olubBu gün, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlirBu gün, 12:50Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29
Bütün xəbərlər