29 noyabra olan koronavirus statistikası AÇIQLANDI
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1091 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 586640 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 552815 nəfər müalicə olunaraq sağalıb, 7833 nəfər vəfat edib, aktiv xəstə sayı 25992 nəfərdir.
Ölkədə son sutka ərzində 5594, hazırkı dövrədək isə 5526664 test aparılıb.
Azərbaycanda son sutka COVID-19 əleyhinə 297 vaksin vurulub
645