Füzulidə minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi

10:20 - 29 / 11 / 2021
Füzulidə minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının son durumu açıqlanıb.

1news.az "Report"a istinadən bildirir ki, hərbi qulluqçular - Sarib Məmmədzadə ilə Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir.

Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər