Bahar Muradova: “Ölkədə qadınlara qarşı zorakılıq halları davam edir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Bahar Muradova: “Ölkədə qadınlara qarşı zorakılıq halları davam edir”

11:00 - 29 / 11 / 2021
Bahar Muradova: “Ölkədə qadınlara qarşı zorakılıq halları davam edir”

“Qadınlara qarşı zorakılıq hər zaman cəmiyyət tərəfindən mənfi qarşılanıb”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin yardım tərəflərinin 1-ci Milli Konfransında deyib.

O bildirib ki, son illərdə həyata keçirilən mühüm tədbirlərə baxmayaraq, ölkədə qadınlara qarşı zorakılıq halları davam edir: “Bununla bağlı bir sıra normativ hüquqi sənədlər qəbul olunub və mühüm irəliləyişlər əldə edilib. Ən vacib məsələlərdən biri qadınların iqtisadi inkişafına təkan vermək, əmək bazarında kişilərlə bərabər iştirakı ilə nəticələnir”.

1news.az

Paylaş:
239

Son xəbərlər

Bütün xəbərlər