Dünya şöhrətli alim Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya şöhrətli alim Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub

Qafar Ağayev17:09 - 30 / 11 / 2021
Dünya şöhrətli alim Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub

Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub və komitənin kollektivi ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, qonağı salamlayan Komitə sədri Fuad Muradov onu yenidən ölkəmizdə görməkdən məmnunluq duyduğunu bildirib, Əziz Sancarın həyatının, elmi fəaliyyətinin və türk dünyasının mənəvi birliyi üçün gördüyü işlərin gənclərimizin milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, qloballaşan dünyada elmə, təhsilə olan marağın artmasında böyük stimul olduğunu vurğulayıb. Komitə sədri Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti sahəsində gördüyü işlərə görə Əziz Sancara xüsusi təşəkkür edib.

Görüşdə iştirak edən Humboldt mükafatı almış ilk azərbaycanlı riyaziyyatçı, professor Məsud Əfəndiyev son illər diaspor quruculuğu sahəsində görülən işləri yüksək qiymətləndirib, Əziz Sancarı Azərbaycanın böyük dostu adlandırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Əziz Sancar eyni soykökə, milli və ortaq dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan dostluğundan, qardaşlığından söz açıb, türk dövlətləri arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün əlindən gələni etməyə hazır olduğunu və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb, Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı tövsiyələrini verib.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 10 sentyabr 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Sancar “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.

Paylaş:
448

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər