Xaçmazda yanacaqdoldurma məntəqəsində yük avtomobili yanıb, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda yanacaqdoldurma məntəqəsində yük avtomobili yanıb, xəsarət alan var

10:46 - 30 / 11 / 2021
Xaçmazda yanacaqdoldurma məntəqəsində yük avtomobili yanıb, xəsarət alan var

Xaçmazda yük avtomobili yanıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanacaqdoldurma məntəqəsinin ərazisində “DAF” markalı qoşqulu yük avtomobilinin yanar hissələri və qismən qoşqusu yanıb.

Yanğın zamanı sürücü müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Qoşqunun qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
226

Son xəbərlər

Bütün xəbərlər