Bakıda maşın piyada keçidində qaçan gənci belə vurdu - VİDEO

Bakıda daha bir piyadavurma hadisəsi kameraya düşüb.
1news.az Avtosfer.az-a istinadən xəbər verir ki, nizamlanmayan piyada keçidindən keçən gənci avtomobil vurub. Digər piyadalar yolu asta və ehtiyyatla keçir. Gənc isə keçid ilə qaçır və qəfildən gələn maşın onu vurur. Zərbə nəticəsində piyada ciddi xəsarət alır.
Təbii ki, burada avtomobil piyadaya yol verməli idi. Amma piyadalar da hətta keçiddən keçdiyi zaman sürücülərin onlara yol verdiyinə əmin olmalı və daha sonra yolu keçməlidirlər. Görüntüləri təqdim edirik:
1news.az
225