Karantini pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantini pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb - FOTO

Qafar Ağayev11:54 - 30 / 11 / 2021
Karantini pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə toy mərasimində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Aytac” şadlıq sarayında keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Karantin rejimindən irəli gələn tələblər bir daha obyektin icraçı direktoru Zaur Kərimovun diqqətinə çatdırılıb və onun barəsində Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma başlanılıb.

Paylaş:
405

Son xəbərlər

Abşeronda sex yanır

Bu gün, 13:36
Bütün xəbərlər