Aeroport yolunu qaçaraq keçən daha bir piyada vuruldu - VİDEO

Bakıda daha bir piyadavurma hadisəsi kameraya düşüb .
1news.az-ın Avtosfer.az-a istinadən xəbər verir ki, 110 km/saat sürət həddi olan yolda piyada keçid olmayan yerdən qaçaraq yola çıxır. 8 zolaqlı sürətli yolu keçməyə cəhd edən piyadanı "Saipa" markalı avtomobil vurur. Aldığı xəsarətlərdən piyada yerindəcə keçinir.
Təəssüf ki, piyadalar tez-tez özlərini belə təhlükəyə atır və nəticədə həyatlaını itirirlər. Videonu təqdim edirik:
1news.az
268