DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunub - FOTO

DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olanlar II Şəhidlər Xiyabanında dəfn olunub.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə şəhid olan hərbçilərlə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra DSX-nin şəhid olan hərbi qulluqçuları II Şəhidlər Xiyabanında dəfn olunur.
Mərasimdə hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.
Yaylım atəşi açılıb.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
Helikopter qəzasında həlak olan hərbçilərin adları açıqlandı - SİYAHI
İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib








.jpg)
