Bakı sakininə dava zamanı iki bıçaq zərbəsi vurulub

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
1news.az xəbər verir ki, hadisə metronun Əhmədli stansiyasının yaxınlığında qeydə alınıb.
1983-cü il təvəllüdlü Süleymanov Zahid İslam oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı onun qol və ayaq nahiyyəsinə iki bıçaq zərbəsi vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
266