AQTA Yeni il şənlikləri ilə əlaqədar sahibkarlara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA Yeni il şənlikləri ilə əlaqədar sahibkarlara müraciət edib

15:42 - 02 / 12 / 2021
AQTA Yeni il şənlikləri ilə əlaqədar sahibkarlara müraciət edib

Nazirlər Kabineti aidiyyəti dövlət qurumlarına Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq verib. Bu qurumlardan biri də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.

1news.az xəbər verir ki, Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Əkbər Əliyev APA-ya açıqlamasında bildirib ki, dekabrın sonundan korporativ tədbirlərin, Yeni il şənliklərinin keçirilməsi ilə bağlı ictimai iaşə müəssisələri, mehmanxanalarda fəaliyyət göstərən restoranlar, həmçinin şənlik mərasimlərinin keçirildiyi saraylarda sifarişlər qəbul olunur. Buna görə də AQTA koronavirus profilaktikasının yerlərdə icra vəziyyətinin yoxlanılması, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə monitorinqləri artırıb: “Burada əsas məqsəd həmin yerlərdə çalışan personalın COVİD-19 pasportuna malik olub-olmadığının yoxlanılmasıdır. Nazirlər Kabinetinin 237 nömrəli qərarı ilə təsdiq edilmiş sıxlıq normalarına riayət olunub-olunmaması və profilaktik tədbirlərlə əlaqədar digər tələblərlə bağlı vəziyyət də araşdırılacaq, monitorinq ediləcək. İctimai iaşə müəssisələrinin məsul şəxsləri ilə görüşlərimiz və maarifləndirici işlər daha da intensivləşdiriləcək. Sahibkarlara müraciət edirik ki, şənliklərlə əlaqədar məlumatları icaze.gov.az portalına daxil etsinlər, eyni zamanda hazırlıq işlərini görsünlər”.

Şöbə müdiri qeyd edib ki, sahibkarlar Yeni il şənliklərində qida zəhərlənmələrinin qarşısının alınması üçün sanitar-gigiyenik vəziyyəti də yaxşılaşdırmalıdırlar: “İstifadə olunan məhsulların, xammalların təhlükəsizlik və keyfiyyət göstəriciləri olmalıdır. Bundan əlavə, Yeni il şənliklərində istifadə olunan spirtli içkilərin kütləviliyini nəzərə alaraq tərəfimizdən həmin içkilərin satışı keçirilən, onların saxlanıldığı anbarlarda, istehsal olunduğu müəssisələrdə, həmçinin idxal olunan spirtli içkilər üzərində nəzarəti gücləndirmişik. Hazırda Agentlik tərəfindən müxtəlif ticarət şəbəkələrindən, istehsalat müəssisələrindən, idxal olunan məhsullardan nümunələr götürülür, laborator analizlər aparılır”.

1news.az

Paylaş:
291

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər