Kontakt Home işarət dili bilən əməkdaş axtarır - VAKANSİYA | 1news.az | Xəbərlər
Cəmiyyət

Kontakt Home işarət dili bilən əməkdaş axtarır - VAKANSİYA

S.Xankişiyeva11:40 - 02 / 12 / 2021
Kontakt Home işarət dili bilən əməkdaş axtarır - VAKANSİYA

Ölkənin ən qabaqcıl pərakəndə satış şəbəkələrindən olan “Kontakt” işarət dilini bilən “satış məsləhətçisi” axtarır. Sevindirən şəbəkə nitq və eşitmə məhdudiyyətli insanlara daha yüksək xidmət göstərmək məqsədilə bu təşəbbüsü irəli sürüb.

Əməkdaşın əsas funksiyası nitq və eşitmə məhdudiyyətli ziyarətçilərə mağazadakı məhsul və xidmələr barədə ətraflı məlumat vermək, eyni zamanda digər mağaza heyəti ilə həmin ziyarətçilər arasında kommunikasiya yaratmaqdan ibarətdir. Namizədə dair əsas tələb işarət dili biliyidir. Satış təcrübəsi arzuolunan şərtlərdəndir.

Vakansiya ilə maraqlananlar bu linkə keçid edərək müraciət edə bilərlər.

Qeyd edək ki, şəbəkə "Beynəlxalq əlillər günü" ərəfəsində hər kəsə bərabər xidmət göstərə bilmək üçün "Məhdudiyyətsiz Kontakt” layihəsini təqdim edib. İndi əlilliyi olan şəxslər “Ukrayna Dairəsi” mağazasına sərbət şəkildə gələrək istədiyi məhsul haqqında məlumat ala və ya digər əməliyyatları həyata keçirə biləcəklər. Bunun üçün mağazanın infrastrukturu tamamilə yenilənib. Üstəlik, fiziki məhdudiyyətli şəxslər və hamilə qadınlar üçün şəbəkənin bütün kassa və kredit şöbələrində qəbul növbəsizdir.

Xatırladaq ki, “Kontakt” – elektronika, məişət texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın ən böyük riteyl şəbəkələrindən biridir. 30 000-dən çox məhsul çeşidinə malik “Kontakt Home” mağazalarında ev üçün axtardığınız hər şeyi tapa bilərsiniz.

“Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 34 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz.

Reklam hüququnda

Paylaş:
356

Son xəbərlər

2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42
Bütün xəbərlər