Bu gün 16 saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər azadlığa buraxılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 16 saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər azadlığa buraxılıb - FOTO

Qafar Ağayev14:28 - 03 / 12 / 2021
Bu gün 16 saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər azadlığa buraxılıb - FOTO

“Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər məhkum azadlığa buraxılıb”.

1news.az xəbər verir ki, bu barədə cəzaçəkmə müəssisəsinin rəisi Ədliyyə polkovnik-leytenantı Şəfaət Abbasov deyib.

O bildirib ki, həmin şəxslərə Amnitsiya Aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər:

"Ümumilikdə bu günə qədər 186 nəfər azad olunub. 3 il cəza alan 423 nəfərin cəzasından 6 ay azaldılacaq".

Foto:Nadir İbrahimli

Paylaş:
2189

Son xəbərlər

Bütün xəbərlər