Yasamalda avtomobildən 10 min manatdan artıq pul oğurlanıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda avtomobildən 10 min manatdan artıq pul oğurlanıb - FOTO - VİDEO

Qafar Ağayev15:15 - 03 / 12 / 2021
Yasamalda avtomobildən 10 min manatdan artıq pul oğurlanıb - FOTO - VİDEO

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə bir nəfər vətəndaş müraciət edərək bildirib ki, İ.Qutqaşınlı küçəsində idarə etdiyi avtomobilin qapısnın açıq olmasından istifadə edən naməlum şəxs oradan oğurluq edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, zərərçəkən maşından içərisində 10530 manat olan çantanın və 200 manat dəyərində mobil telefonun oğurlandığını bildirib. 26-cı Polis Bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Məmmədəli Abbasov saxlanılıb. O, ifadəsində qeyd edilən avtomobildən oğurluq etdiyini etiraf edib. Onun avtomobildən oğurladığı pulun bir qismi yaşadığı ünvandan aşkar edilərək götürülüb. Məmmədəli Abbasovun avtomobildən oğurluq etməsi və hadisə yerindən yayınması ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün istintaqa göndərilib. Məmmədəli Abbasovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Daxili İşlər Nazirliyi bir daha nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar cinayətə meyilli şəxslər tərəfindən oğurlana bilər. Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər. Nəqliyyat vasitələrini nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

Paylaş:
362

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər