Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb - FOTO

S.Xankişiyeva18:03 - 04 / 12 / 2021
Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb - FOTO

Şabran rayon sakinləri Əflatun Həşimov və Sabir Məmmədov COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıblar və yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər