Aşıq Ələsgərin heykəlinin hazırlanması ilə bağlı müsabiqə keçiriləcək

“Ən qısa müddətdə Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə açıq heykəltəraşlıq müsabiqəsi keçiriləcək.”
1news.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
“Heykəltəraşlar tərəfindən təqdim edilən eskiz-layihələrə Ekspert Komissiyası tərəfindən baxıldıqdan sonra abidənin hansı heykəltəraş tərəfindən hazırlanacağı məlum olacaq.”- məlumatda bildirilib.
Qeyd edək ki, noyabrın 30-da Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.
1news.az
254