Taleh Ziyadov: Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axımının artımı gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Taleh Ziyadov: Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axımının artımı gözlənilir

Qafar Ağayev15:08 - 07 / 12 / 2021
Taleh Ziyadov: Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axımının artımı gözlənilir

"Zəngəzur dəhlizi hələ sovet dövründə regionumuzun əsas dəhlizi və yüklərin aşırılması üçün logistika qovşağı hesab olunurdu" .

1news.az xəbər verir ki , bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov deyib.

"O vaxt Zəngəzur dəhlizinin imkanları ildə 3 milyon ton idi. Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axımının artımı gözlənilir. Limanın yükaşırma həcmlərinin artırılmasına hazırlanması üçün işlər aparılır" .

T. Ziyadov deyib ki, qonşu ölkələrin limanları ilə əlaqələrin qurulması bizi regional iştirakçıya çevirəcək.

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər