Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

S.Xankişiyeva15:45 - 07 / 12 / 2021
Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.

1news.az-ın verdiyi xəbərə görə, 31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.

Gələn il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 31 dekabr 2021-ci il, 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günü olacaq.

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər