Cavanşir Məmmədov: “Camaatdan pul yığılıb müğənnilərə verilsin!” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cavanşir Məmmədov: “Camaatdan pul yığılıb müğənnilərə verilsin!” - VİDEO

17:42 - 07 / 12 / 2021
Cavanşir Məmmədov: “Camaatdan pul yığılıb müğənnilərə verilsin!” - VİDEO

Müğənni Cavanşir Məmmədov müzakirələrə səbəb olan açıqlama verib.

1news.az-ın baku.ws-ə istinadən verdiyi xəbərə görə, "Tarixin bir günü" proqramına dəvət olunan sənətçi müğənnilərə yardım etmək üçün pul yığılmalı olduğunu bildirib:

"Müğənnilər üçün bankda hesab açılmalıdır. Məsələn, Cavanşir Məmmədov "Xalq artisti" olmaq istəyir, xidmətlərim buna yol verir. 10 milyon millətimiz var. 5 milyonu kənara qoyaq, qalan beş milyon 50 qəpikdən 5, 10 minə qədər, gücü nəyə çatırsa, hesaba köçürsün.

Hesabda 5 milyon yarandıqdan sonra Mədəniyyət Nazirliyinin balansında olsun. Sənət adamları xəstələnəndə həmin pul ona xərclənsin. Demir, filan müğənnini sevirəm, ona 50 qəpik, 1 manat verəndə dünya dağılır? O pul yığılandan sonra təsdiq edir ki, müğənnini sevirlər".

Cavanşir Məmmədovun bu sözləri sosial şəbəkələrdə yayılaraq tənqid atəşinə tutulub.

1news.az

Paylaş:
865

Son xəbərlər

Bütün xəbərlər