Minskdə Nizami Gəncəvinin abidəsi qoyulacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Minskdə Nizami Gəncəvinin abidəsi qoyulacaq

09:15 - 09 / 12 / 2021
Minskdə Nizami Gəncəvinin abidəsi qoyulacaq

Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarevlə görüşüb.

1news.az-ın Belarusun STV telekanalına istinadən verdiyi xəbərə görə, görüşdə müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Müzakirələr zamanı Minskdə dahi Azərbaycan şairi Nizami Gəncəviyə abidə ucaldılması da müzakirə olunub. Bürüncdən hazırlanmış abidə yaxın vaxtlarda Minskdə Azərbaycan Səfirliyinin yerləşdiyi Starovilensk traktı 5 küçəsindəki parkda açılacaq.

1news.az

Paylaş:
246

Son xəbərlər

Bütün xəbərlər