Ağdamda döyüş sursatı aşkar edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda döyüş sursatı aşkar edilib - FOTO

Qafar Ağayev10:13 - 09 / 12 / 2021
Ağdamda döyüş sursatı aşkar edilib - FOTO

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qiyaslı kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən döyüş sursatı aşkar ediblər. Polis əməkdaşları 1 əl qumbarası, 1309 ədəd müxtəlif çaplı güllələr götürərək aidiyyəti üzrə təhvil veriblər.

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər