Göygöldə polisi maşın vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə polisi maşın vurub

10:18 - 09 / 12 / 2021
Göygöldə polisi maşın vurub

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun girişində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1999-cu il təvəllüdlü V.Musayevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

V.Musayevin Göygöl Rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilib. Onu vuran avtomobil hadisə yerindən yayınıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
224

Son xəbərlər

Bütün xəbərlər