Bakıda “MADE IN UZBEKISTAN” biznes missiyası - FOTO
Özbəkistan Respublikasının İnvestisiyalar və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Bakıda «MADE IN UZBEKISTAN» Biznes Missiyasını təşkil edir.
Burada 80-dən artıq yerli tekstil, dəri və ayaqqabı, ipək, qida, kimya, elektrik-texniki, əczaçılıq, metallurji, tikinti, mebel və maşınqayırma sənayesi istehsalçılarının iştirakı nəzərdə tutulur.
Bununla yanaşı, şərab mədəniyyəti, turist potensialı və özbək xalqının xalq-tətbiqi sənət nümunələri sərgilənəcəkdir.
Biznes missiyasının əsas məqsədi milli məhsulların təşviqi, Özbəkistan və Azərbaycan işgüzar dairələri arasında əlaqələrin yaradılması, ixrac həcmininin artırılması və ziyarətçilərin ölkənin istehsal potensialı ilə tanış edilməsi, məhsulların üçüncü ölkələrin bazarlarına sonrakı ixracı perspektivi ilə yüksək əlavə dəyərə malik yeni idxalı əvəz edən sənaye istehsallarının inkişafı üçün kooperativ əlaqələrin inkişaf etdirilməsi, yerli ixracatçıların etibarlı ixrac müqavilələrın bağlanması ilə yanaşı öz məhsul və xidmətlərinin xarici bazara çıxarılması üzrə bir sıra ixtisaslaşmış xidmətlərin göstərilməsi.
15-17 dekabr tarixlərində Baku Marriott Boulevard Hoteldə «MADE IN UZBEKISTAN» milli məhsulların sərgisi keçiriləcəkdir, tədbir çərçivəsində biznes missiyasının iştirakçılarının təqdimatları keçiriləcək, habelə 16 dekabr saat 10:50-də Özbəkistan və Azərbaycan biznes icmaları arasında «B2B» formatında ikitərəfli danışıqlar aparılacaqdır.
Sərgi çərçivəsində ziyarətçilərin Özbəkistanın turizm və qastronomiya mədəniyyəti ilə tanış olması, tədbir iştirakçıları və qonaqlarına bayram plovunun təqdim edilməsi də planlaşdırılır.
Əminik ki, bu tədbirin nəticəsi olaraq Özbəkistan şirkətləri bir sıra potensial alıcılarla uzunmüddətli işgüzar əlaqələr qura və əməkdaşlıq üzrə razılaşmalar əldə edə biləcəklər.
Giriş pulsuzdur.
B2B –yə qeydiyyatdan keçmək üçün:
Tel: 050 388 57 65
Murodjon Umataliyev
Reklam hüququnda