Hava dəyişəcək: yağış, qar yağacaq – XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava dəyişəcək: yağış, qar yağacaq – XƏBƏRDARLIQ

S.Xankişiyeva17:16 - 10 / 12 / 2021
Hava dəyişəcək: yağış, qar yağacaq – XƏBƏRDARLIQ

Dekabrın 12-si axşam şimal-şərq, şərq rayonlarından başlayaraq 15-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, yağışın intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Şərq küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər