Baş nazir rəsmi dövlət qəzetləri ilə bağlı qərar imzalayıb
Nazirlər Kabinetinin “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə qərarına dəyişiklik edilib.
1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə qərarın adına “Xalq qəzeti” sözlərindən sonra “, “Respublika” sözü əlavə edilib. Bundan əlavə, qərarın "Bakinski raboçi” qəzetinin illik tirajı (nüsxə ilə) 1700-dən 166-ya, qəzet kağızına illik tələbat 123 tondan 12 tona endirilib.
Digər bir dəyişikliklə isə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Respublika” qəzetinin redaksiyasına illik 1534 min tirajın hər bir nüsxə 10 səhifə ilə 111 ton qəzet kağızına olan illik tələbatı dövlət büdcəsinin vəsaiti hesabına alınacaq. "Respublika” qəzeti redaksiyasına da bu qərarla müəyyən edilmiş normaya uyğun həcmdə qəzet kağızının alınması və qəzet redaksiyalarının çap və icarə haqqı xərclərinin ödənilməsi üçün hər il dövlət büdcəsində "Azərbaycan" nəşriyyatına müvafiq məbləğdə vəsait də nəzərdə tutulacaq.