Qohumundan hədə-qorxu ilə 100 min dollar tələb edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qohumundan hədə-qorxu ilə 100 min dollar tələb edən şəxs saxlanılıb

S.Xankişiyeva13:32 - 11 / 12 / 2021
Qohumundan hədə-qorxu ilə 100 min dollar tələb edən şəxs saxlanılıb

Yasamal Rayon Polis İdarəsinə paytaxt sakini R.Rəhmanovdan hədə-qorxu yolu ilə 100 000 ABŞ dolları tələb edilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəhmanovdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən qohumu E.Quliyev Nəsimi rayonu ərazisindəki restoranların birində ondan 10 000 ABŞ dollarını alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər