Yaşayış yerini tərk edən koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşayış yerini tərk edən koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb - FOTO

Qafar Ağayev17:16 - 13 / 12 / 2021
Yaşayış yerini tərk edən koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb - FOTO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı və Saray qəsəbələrində keçirilən profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerdə aşkar edilərək saxlanılıb.

1news.az xəbər verir ki, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadıqları evi tərk etmiş İlqar Hacıyevlə Sənan Adıgözəlov işə getmək istərkən aşkar ediliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə onlar, yaşadıqları evə qaytarılıblar və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

İ.Hacıyev və S.Adıgözəlov barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Paylaş:
372

Son xəbərlər

Bütün xəbərlər