QHT-lərə Dövlət Dəstəyi Agentliyi qalibləri mükafatlandırıdı, yeni loqosunu təqdim etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

QHT-lərə Dövlət Dəstəyi Agentliyi qalibləri mükafatlandırıdı, yeni loqosunu təqdim etdi - FOTO

Qafar Ağayev16:23 - 14 / 12 / 2021
QHT-lərə Dövlət Dəstəyi Agentliyi qalibləri mükafatlandırıdı, yeni loqosunu təqdim etdi - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün kiçik qrant müsabiqəsinin nəticələrinə həsr olunmuş brifinqi keçirilib.

1news.az xəbər verir ki, brifinqdə agentliyin icraçı direktoru Aygün Əliyeva 2021-ci il üçün kiçik qrant müsabiqəsinə təqdim edilən layihələr barədə məlumat verib. İcraçı direktor bildirib ki, qrant müsabiqəsi Agentliyin yeni yaradılan elektron portalı “e-qrant.az” saytı vasitəsilə həyata keçirilib. İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təbliği, ailə, qadın, uşaq və gender məsələləri, ətraf mühit və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə, sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid olan şəxslərin sosial problemlərinin, müharibə təsirlərinə məruz qalan bölgələrlə bağlı problemlərin həlli) və iqtisadi məsələlər, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi mövzularını əhatə edən 7 istiqamət üzrə 478 layihəsi təqdim olunub. Onlardan 26 layihə müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib (təşkilatın təqdim etdiyi dövlət reyestrindən çıxarışda qanuni təmsilçisinun səlahiyyət müddəti bitdiyibdən), 452 layihə qəbul edilib. Agentliyin Müşahidə Şurasının üzvləri tərəfindən müsabiqənin keçirilməsinin müvəqqəti qaydasına və meyarlara uyğun gələn layihələrə üstünlük verilib.

415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub.

Daha sonra mətbuat nümayəndələrinə Agentliyin loqosu təqdim edilib.

Bildirilib ki, loqo Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar mərkəzi tərəfindən hazırlanıb.

Ümumilikdə loqo və ona sığınan təşkilatlar və ya müəssisələr şəbəkəsinə dəstək verməklə yanaşı, həm də həmin şəbəkəni daim nəzarətdə saxlayan qurumu ifadə edir. Simvolda dairənin daxilində yerləşən işarələt dəstək göstərən quruma sığınan təşkilatlar və ya müəssisələr şəbəkəsini 8 guşəli ulduz dövləti, kənarlarından əks olunan yarım dairəvi fiqurlar isə qayğını, işarə sayının məhz 3 ədəd olması isə ölkəmizdə 3-cü sektora aid olan vətəndaş cəmiyyətini ifadə edir. Agentliyin əməkdaşları müvafiq istiqamətlər üzrə qrant müsabiqəsinin qaliblərini elan edib.

Paylaş:
516

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər