Paytaxtın əsas prospektində tıxac var - 20-yə yaxın avtobus gecikir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın əsas prospektində tıxac var - 20-yə yaxın avtobus gecikir - FOTO

Qafar Ağayev09:54 - 15 / 12 / 2021
Paytaxtın əsas prospektində tıxac var - 20-yə yaxın avtobus gecikir - FOTO

Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, sıxlıqla əlaqədar bu yolla hərəkət edən 1, 13, 38, 184, M3 və M8 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalınada ləngimələr var. Hazırda qeyd edilən marşrut xətləri üzrə 20-ə yaxın avtobus sıxlıqda qalaraq gecikir.

Nəticədə Yusif Səfərov-”28 May” m/st-sı eləcə də Koroğlu Rəhimov küçəsi-“Gənclik” m/st-sı istiqamətlərindəki dayanacaqlarda sərnişin sıxlığı müşahidə edilir.

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər