İlin əvvəlindən əlillik təyin olunan şəxslərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

İlin əvvəlindən əlillik təyin olunan şəxslərin sayı açıqlandı

Qafar Ağayev11:45 - 15 / 12 / 2021
İlin əvvəlindən əlillik təyin olunan şəxslərin sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən iki dəfə çox olmaqla 54 minə yaxın şəxsə əlillik təyin edilib. Onlardan 16500-ü ilkin, qalanı təkrar təyinatlardır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən 1news.az-a verilən məlumata görə, əlillik təyin edildikdən sonra onlara əlillik dərəcələri üzrə proaktiv qaydada elektron sistem üzərindən pensiya və ya müavinətlərin təyinatı aparılıb. Həmçinin bir sıra xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə (müharibə əlilləri, I dərəcə əlilliyi olanlar və s.) pensiya və ya müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri də təyin olunub.

Ümumilikdə 2018-2021-ci illərdə 151 min şəxsə əlillik təyinatı aparılıb.

Əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə də ciddi artımlar qeydə alınıb. 2018-ci ilin əvvəli ilə müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 70 faizə yaxın, müavinətin orta aylıq məbləği 2 dəfə, təqaüdün maksimum məbləği isə 54 faiz artıb.

Əlilliyi olan şəxslərə pensiya, müavinət, təqaüd formasında ödənişlərin ümumi illik məbləği isə 2018-2021-ci illərdə 55 faiz artaraq, 1 milyard 611 milyon manata çatıb.

Paylaş:
361

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər