Tovuzda COVID-19 pasportu satan tibb bacısı saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda COVID-19 pasportu satan tibb bacısı saxlanıldı

Qafar Ağayev12:24 - 15 / 12 / 2021
Tovuzda COVID-19 pasportu satan tibb bacısı saxlanıldı

Tovuz Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta COVID-19 pasportu verdiyi üçün saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
372

Son xəbərlər

Bütün xəbərlər