FHN xüsusi motosikletlər alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN xüsusi motosikletlər alıb

Qafar Ağayev10:37 - 16 / 12 / 2021
FHN xüsusi motosikletlər alıb

Ölkədə baş verən hadisələr zamanı əraziyə operativ çatmaq üçün Fövqəladə Hallar Nazirliyi xüsusi motosikletlər alıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

O bildirib ki, həmin motosikletlər xüsusi vasitələrlə də təchiz edilib: "Magistral yollarda tıxaclar çoxdur. Ona görə də hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq".

Onun sözlərinə görə, FHN-in sularda xilasetmə ilə bağlı da xidməti var: "Ölkəmizdə obyektiv və subyektiv səbəblərdən qanunsuz tikililər var. Bununla bağlı müvafiq qurumlarla işlər aparılır.

Texniki və təbii fəlakətlərdən heç kim sığortalanmayıb: "Biz çalışırıq ki, işimizi, peşəkarlığımızı daha da artıraq. Bu məsələ bizim qarşımızda duran məsələlərdən biridir", -deyə nazir bildirib

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər