Ötən gün 66 nəfər toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 66 nəfər toya buraxılmayıb

S.Xankişiyeva11:04 - 18 / 12 / 2021
Ötən gün 66 nəfər toya buraxılmayıb

Dekabrın 17-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 326 toy şənliyinin monitorinqini həyata keçirib.

1news.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 318 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 66 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər