Polis Xızıda qanunsuz ov edən şəxsi yaxaladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis Xızıda qanunsuz ov edən şəxsi yaxaladı - FOTO

16:01 - 20 / 12 / 2021
Polis Xızıda qanunsuz ov edən şəxsi yaxaladı - FOTO

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İbrahim Kamalov rayonun Sitalçay kəndi ərazisində, üzərində qanunsuz daşıdığı 16 kalibrli ov tüfəngi ilə ov edərkən yaxalanıb.

RPŞ-ə gətirildikdən sonra İ.Kamalovun rayon ərazisində qaz xəttinin bir neçə dayaq borularını oğurlaması da müəyyən edilib.

Hazırda faktla bağlı RPŞ-də araşdırma davam etdirilir.

1news.az

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər