“Media haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Media haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul edildi

17:10 - 20 / 12 / 2021
“Media haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul edildi

Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

1news.az-ın məlumatına görə, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil, 78 maddədən ibarətdir.

Müzakirələr zamanı deputatlar müxtəlif fikir və rəylərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

1news.az

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər