Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - VİDEO
Fransanın paytaxtı Parisdə "Uşaq Avroviziyası - 2021" mahnı müsabiqəsi keçirilib.
1news.az xəbər verir ki, ölkəmizi müsabiqədə "One of those days" mahnısı ilə Sona Əzizova təmsil edib.
Müsabiqəyə Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılıb.
Builki müsabiqənin qalibi "Qami qami" mahnısı ilə Ermənistan təmsilçisi Malena (224 xal) olub. Azərbaycan 151 xalla beşinci yeri tutub. İkinci pillədə Polşa (218), üçüncü yerdə Fransa (197), dördüncü yerdə isə Gürcüstan (163) qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl "Avroviziya Uşaq Mahnı Müsabiqəsi"ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub. Mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edib.
1news.az