İstirahət günlərində 355 nəfər toya buraxılmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günlərində 355 nəfər toya buraxılmadı

Qafar Ağayev11:31 - 20 / 12 / 2021
İstirahət günlərində 355 nəfər toya buraxılmadı

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri dekabrın 18-19-da Bakıda və respublikanın digər ərazilərində 1076 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, monitorinqlər 1054 şadlıq sarayında, 22 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 25 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 355 nəfər toy şənliklərinə buraxılmayıb.

Paylaş:
329

Son xəbərlər

Bütün xəbərlər