Bakıda AA nömrəli maşın azyaşlını vurub öldürüb - VİDEO

Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən saytımıza təsdiqləyiblər. İdarənin inspektoru, polis baş leytenantı Pərvanə Muradova bildirib ki, faktla bağlı araşdırma aparılır:
“Yol-nəqliyyat hadisələrində uşaqların və yeniyetmələrin dünyasını dəyişməsi ciddi şəkildə narahatlıq doğurur. Bütün hərəkət iştirakçılarını, xüsusən sürücüləri yollarda uşaq və yeniyetmələrə qarşı diqqətli olmağa çağırırıq. Valideynlərdən isə xahiş edirik ki, uşaqları yollarda nəzarətsiz buraxmasınlar. Hər bir valideyn, uşaqları himayə edən qəyyumlar onların gündəlik hərəkətlərinə, istifadə etdikləri marşrutlara diqqət yetirsinlər ki, bu cür hallar baş verməsin”.
Bakıda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonu ərazisində Fatmayi qəsəbə sakini 2013-cü il təvəllüdlü Ələsgərov Ömər Tahir oğlu avtomobillə vurulub.
1news.az xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi digər məlumata görə, hadisəni "İzmir LTD" Mənzil Tikinti Korporativinə məxsus 99-AA-669 dövlət nömrə nişanlı, Mersedes markalı avtomobilin sürücüsü törədib.
Qəza nəticəsində azyaşlı hadisə yerində həyatını itirib.
Avtomobilin sürücüsü 2002-ci il təvəllüdlü Binəqədi rayon sakini Xubyarov Fəxri Şamil oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.