Könül Nurullayeva: “Könüllülərin maraq və mənafeyini nəzərə almaqla mövcud normativ aktlara yenidən baxmalıyıq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva: “Könüllülərin maraq və mənafeyini nəzərə almaqla mövcud normativ aktlara yenidən baxmalıyıq”

S.Xankişiyeva10:35 - 21 / 12 / 2021
Könül Nurullayeva: “Könüllülərin maraq və mənafeyini nəzərə almaqla mövcud normativ aktlara yenidən baxmalıyıq”

“Bəzi kommerisiya qurumları gəncləri heç bir hüquqi əsas olmadan könüllü fəaliyyət adı altında öz işlərinə cəlb edirlər. Belə halların baş verməsi könüllü əməyinin bir növ də istismar olunmasına səbəb olur.

Könüllülərdə ruh yüksəkliyi yaratmaq, könüllü fəaliyyətə təşviq etmək üçün onların əməyinin qiymətləndirilməsi mütləqdir. İmperativ norma kimi əmək qanunvericiliyində könüllərin maliyyələşdirilməsinin əsasları yaradılmalı, onlara əmək kitabçasının açılması məsələsi həll edilməli, könüllülərin sığorta olunması məsələləri tətbiq olunmalıdır”.

Bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, gənclərin könüllü fəaliyyətdə olduğu müddət ərzində çəkdiyi xərcləri nəzərə alsaq, yol, qida və s. ehtiyacları fəaliyyət göstərdiyi orqan, təşkilat tərəfindən təmin olunsa, daha müsbət addım ola bilər və daha çox gəncimiz könüllü fəaliyyətə cəlb olunar:

“Həmçinin beynəlxalq tədbirlərin regionlarda da keçirilməsinə üstünlük verilməsi regionlardan olan könüllülərin sayının artmasına, gənclərin könüllülük fəaliyyətinə həvəsləndirilməsinə səbəb ola bilər”.

Deputat bildirib ki, könüllülüyün təbliğ olunması baxımından təşviqat materiallarının, sosial çarxların və reklamların hazırlanması, bu mövzuya müxtəlif sahələrdə toxunulması olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki könüllülük mühüm sosial institutdur, cəmiyyətin qarşılıq gözləmədən inkişafı üçün stimuldur. Millət vəkili qeyd edib ki, könüllülərin maraq və mənafeyini nəzərə almaqla mövcud normativ aktlara yenidən baxmalıyıq:

“Bu sahədə normativ boşluqları aradan qaldırmaqla, könüllülük fəaliyyətinə dəstək verməklə gəncliyimizə dəstək vermiş olarıq”.

Millət vəkili həmçinin dövlətin könüllülük fəaliyyəti sahəsində zəruri addımların atılmasına müvəffəq olduğunu da xatırladıb:

“On minlərlə gənci birləşdirən könüllü qrupları formalaşdırılıb. Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışı zamanı dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etməklə cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyub. Bu məqsədlə müxtəlif dövlət orqanlarında gənclərimizin könüllü əməyə cəlb olunmasının şahidi oluruq. Dövlət orqanları müxtəlif müddətlər üçün nəzərdə tutulmuş proqramlar çərçivəsində gənclərin təcrübi biliklərə yiyələnməsi, gələcək iş planlarında daha uğurlu seçimlər etmələri üçün körpü rolunu oynamaqdadır”.

Paylaş:
359

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər