“Azərişığ”ın sədri federasiya prezidenti seçiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişığ”ın sədri federasiya prezidenti seçiləcək

13:04 - 22 / 12 / 2021
“Azərişığ”ın sədri federasiya prezidenti seçiləcək

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) yeni prezidenti müəyyənləşib.

1news.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur.

V.Əhmədov yeni vəzifədə iş adamı Elçin Zeynalovu əvəzləyəcək.

Dəyişiklik bu gün Gənclər və İdman Nazirliyində AMAF-ın hesabat-seçki konfransında gerçəkləşəcək.

Qeyd edək ki, Elçin Zeynalov AMAF-a 2006-cı ildən rəhbərlik edirdi.

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər