“Azərişıq”dan oğurluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq”dan oğurluq edilib

S.Xankişiyeva12:33 - 22 / 12 / 2021
“Azərişıq”dan oğurluq edilib

“Azərişıq” ASC-yə məxsus yarımstansiyadan oğurluq edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ələt qəsəbəsi ərazisində “Azərişıq” ASC-yə məxsus yarımstansiyadan 12 ədəd elektrik boşaldıcısı, 200 metr naqil və mühafizə paneli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər