Şəhid baş leytenant Valeh Məmiyevin ailəsi Hulusi Akarın dəvəti ilə Türkiyəyə gedib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid baş leytenant Valeh Məmiyevin ailəsi Hulusi Akarın dəvəti ilə Türkiyəyə gedib - FOTO - VİDEO

S.Xankişiyeva15:07 - 23 / 12 / 2021
Şəhid baş leytenant Valeh Məmiyevin ailəsi Hulusi Akarın dəvəti ilə Türkiyəyə gedib - FOTO - VİDEO

Türkiyə milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsini Ankaraya dəvət edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Türkliyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Şəhidin ailəsi Ankarada Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anıt qəbrini ziyarət edib.

Səfər davam edir.

Qeyd edək ki, V.Məmiyev ötən il avqustun 13-də Azərbaycanda təşkil edilən Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində uğurla iştirak edən hərbçilərdən biri olub.

Təlimlərdən sonra H.Akar Məmiyevə mükafat təqdim edib, şəkil çəkdirib və söhbət edib. Türkiyəli nazir hərbçilərə üz tutaraq bunu söyləyib: “Təlimlərdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox yaxşıdır. Ancaq əsas vəzifəniz 30 ildir işğal altındakı torpaqlarınızı azad etməkdir. Buradakı uğurlarınızı döyüş meydanında da sübut etməlisiniz”.

V.Məmiyevin cavabı isə belə olub: “Biz Ali Baş Komandanın əmrini gözləyirik. Əmir gələn kimi ərazilərimizi işğaldan azad edəcəyik və sizin istəyinizi yerinə yetirəcəyik”. Qubadlı uğrunda döyüşdə yaralanan hərbçi yerləşdirildiyi xəstəxanada məqsədinə çatdığını söyləyib: “Mən artıq məqsədimə çatmışam. Mən qardaş Türkiyənin müdafiə naziri Akara verdiyim sözü tutdum. Vətən sağ olsun”. Bir müddət sonra yaralı hərbçi şəhid olub.

Paylaş:
624

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər