Bakıda təhsil işçilərinin necə faizi vaksin vurdurub? - BŞTİ açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda təhsil işçilərinin necə faizi vaksin vurdurub? - BŞTİ açıqladı

Qafar Ağayev10:28 - 23 / 12 / 2021
Bakıda təhsil işçilərinin necə faizi vaksin vurdurub? - BŞTİ açıqladı

Paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) 1news.az-a verilən məlumata görə, onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub.

""Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.

Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır", - məlumatda deyilr.

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər