Bakının mərkəzində canfəşanlıq: insanlar yarmarkada boşqab rəngləyirlər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində canfəşanlıq: insanlar yarmarkada boşqab rəngləyirlər - FOTO

S.Xankişiyeva14:10 - 24 / 12 / 2021
Bakının mərkəzində canfəşanlıq: insanlar yarmarkada boşqab rəngləyirlər - FOTO

Soyuq Əllər, İsti Ürək yarmarkasında Villeroy & Boch alman brendinin boşqablarından yığılmış köşk ətrafında canfəşanlıq yaranıb. 2 saylı uşaq evinin şagirdlərinin rənglədiyi boşqablar Bakı sakinlərinin maraqlarına səbəb olub. Ziyarətçilərin çoxu aksiyaya qoşularaq, boşqab rəngləməyə başlayıblar. Bəziləri hətta ən hündürdə qoyulmuş boşqablara çatmaq üçün bir-birinin üstünə çıxıblar.

Yeni il ərəfəsində 2 saylı uşaq evinin şagirdləri başqablar üzərində ən ülvi arzularını həkk etdiriblər, Villeroy & Boch butikinin əməkdaşları isə bu boşqablarla Fəvvarələr meydanındakı Soyuq Əllər, İsti Ürək yarmarkasındakı köşklərini bəzəyiblər.

Uşaqların əksəriyyəti rəsmlərində Vətənə olan sevgilərini və ölkəmizdə sülh və əmin-amanlığa ümidlərini təsvir edərək, boşqabları üç rəngli bayrağımızın rənglərinə boyayıblar.

Bu ideya yarmarkanın ziyarətçilərinə o qədər maraqlı gəlib ki, onlar özləri də boşqabları boyamağa, bir-birinin rəsmlərini tamamlamağa başlayıblar. Nəticədə, köşkün ətrafında əsl canfəşanlıq yaşanıb: kimsə boşqabları boyayıb, kimsə onları dəstəkləyib, kimsə bu prosesi qeydə alıb və öz əlavələrini edib.

Köşkdə çəkilən foto və videolarla artıq öz sosial şəbəkələrində Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva və Nargis fondunun yaradıcısı Ülviyyə Mahmudova bölüşüblər.

Bu spontan aksiyadan ilhamlanan Villeroy & Boch butikinin müdriyyəti flashmob keçirtmək qərarına gəlib və hər kəsi köşkün yanında çəkdirdiyi şəkillərlə sosial şəbəkələrdə bölüşməyə çağırıb. Şəkillərə #VilleroyBochHədiyyəsi hashtag-ini əlavə edin və Yeni İl qabağı müsabiqədə iştirak edin!

Daha ətraflı Villeroy & Boch-un sosial şəbəkələrdəki səhifələrində (link).

Reklam hüququnda

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər