Azərbaycanda daha bir məktəbdə RÜŞVƏT QALMAQALI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha bir məktəbdə RÜŞVƏT QALMAQALI

12:12 - 24 / 12 / 2021
Azərbaycanda daha bir məktəbdə RÜŞVƏT QALMAQALI

Daha bir məktəbdə direktorun pul yığması ilə bağlı iddialar ortaya çıxıb.

1news.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə,bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi 6 saylı məktəbin direktoru İradə Məmmədova valideyn komitəsi vasitəsilə mütəmadi olaraq şagirdlərdən pul yığır.

Şikayətçi valideynin sözlərinə görə, direktor İradə Məmmədova nə vaxt oturacaq sınsa, nə isə əyrilik olsa, pulunu valideynlərdən yığır.

Sumqayıt şəhər Təhsil Şöbəsindən isə yayılan görüntülərlə bağlı araşdırma aparıldığı qeyd olunub.

1news.az

Paylaş:
320

Son xəbərlər

Bütün xəbərlər