QHT nümayəndələri Xudafərin körpüsündə olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

QHT nümayəndələri Xudafərin körpüsündə olub - FOTO

S.Xankişiyeva18:08 - 25 / 12 / 2021
QHT nümayəndələri Xudafərin körpüsündə olub - FOTO

Azərbaycanda fəaliyyət göstərən 150-dən artıq qeyri-hökumət təşkilatının nümayəndəsi Cəbrayıl rayonuna səfərləri çərçivəsində Xudafərin körpüsündə olublar.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, QHT nümayəndələrinə Xudafərin körpüsünün erməni işğalı nəticəsində məruz qaldığı dağıntılarla bağlı məlumat verilib.

Qeyd edək ki, QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər