Nə qədər əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib? | 1news.az | Xəbərlər
Cəmiyyət

Nə qədər əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib?

Qafar Ağayev13:03 - 27 / 12 / 2021
Nə qədər əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib?

“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətətəndaşlığına qəbul edilib.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.

Paylaş:
354

Son xəbərlər

Bütün xəbərlər