Azərbaycanda övladlığagötürmə ilə bağlı yeni qaydalar təsdiq edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda övladlığagötürmə ilə bağlı yeni qaydalar təsdiq edildi

13:42 - 27 / 12 / 2021
Azərbaycanda övladlığagötürmə ilə bağlı yeni qaydalar təsdiq edildi

Azərbaycanda övladlığagötürmə qaydasına dəyişiklik təklif edilir.

1news.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik olunur.

Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir: “Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

Məcəllənin hazırkı bəndi isə belədir: “Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur”.

Müzakirələrdən sonra dəyişikliklər üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

1news.az

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər